Ədəbiyyatımızın ən kədərli ata şeiri

Kulis.az “Bazar oxusu” layihəsindən Alik Əlioğlunun “Atamın əziz xatirəsinə” şeirini təqdim edir. 

Yuxuda atamı gördüm...
Hələ də həminki kimi arıq
və ciddidir...

"Ata, adamlar məni yaman incidir" - dedim.
Gözü yaşardı...

Sonra hardasa
top oynadıq...

Mən uddum!

Atam məni qucağına
alıb başımdan öpdü...

Sonra yerimə uzandım,
üstümü örtdü.
və getdi...

 

LENT

22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019