Vazehə həsr olunmuş film təqdim olunub

Bu günlərdə Tbilisi şəhərində M.F.Axundov adına muzeydə Alman – Azərbaycan cəmiyyəti  və ARB "Aranfilm" Yaradıcılıq mərkəzinin təşəbbüsü ilə lenta alınmış “ Tiflisdən Peyneyə ” filminin təqdimatı keçirilib.

 

Kulis.az-ın filmin yaradıcı heyətindən aldığı xəbərə görə, ekran işi Azərbaycanın görkəmli şairi M.Ş.Vazehin 225 və onun həmkarı almaniyalı F.V. Bodenstetin 200 illiyinə və onların yaradacılıq və dostluğuna həsr olunmuşdur.

 

Filmin ssenari müəllifi və rejissoru Yasəmən Quliyeva, operatoru Kənan Fərzəli, filmin direktoru Qənirə Qurbanlı, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir.

 

Təqdimat mərasimində soydaşlarımızla yanaşı Azərbaycan Dövlət Diasporla iş üzrə Dövlət komitəsinin, Azərbaycan Respublikasının səfirliyinin, Gürcüstan – Almaniya asossasiyasının nümayəndələri, Gürcü yaradıcı xadimlər və eyni zamanda məktəblilər də iştirak edib.

Alman – Azərbaycan cəmiyyətinin sədri Çingiz Abdullayev, tarixçi alim Simon Kopadre və Gürcüstan Almanları adından Difer Von Aderkas çıxış edərək filmin əhəmiyyətindən danışıblar.

 

 

LENT

16 Noyabr 2019
15 Noyabr 2019
14 Noyabr 2019
13 Noyabr 2019