“Azdrama” 100 yaşını qeyd edir

 

Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının dövlət statusu almasının 100 yaşı tamam olur.

 

Bu münasibətlə kollektiv ilk olaraq Heydər Əliyevin məzarını ziyarət edib, gül dəstələri düzüb.

 

Sonra Azərbaycan teatrının görkəmli xadimi Hüseyn Ərəblinskinin məzarı ziyarət olunub, gül dəstələri qoyulub.

 

A. P. Nemət Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illiyini keçirməsinin qürurverici hal olduğunu vurğulayıb: "1919-cu ildə cümhuriyyətin qurucuları kiçik dəstələrdən ibarət olan teatr trupparlarını birləşdirərək ilk dövlət teatrını yaradıblar. Teatrımız bu gün də yaşayır, inkişaf edir, irəliyə doğru addımlar atır".

 

Kollektiv daha sonra Şəhidlər Xiyabanını ziyarət edib.

 

Xatırladaq ki, bu gün saat 19:00-da teatrın 100 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq.  

 

 

LENT

14 Noyabr 2019
13 Noyabr 2019
12 Noyabr 2019