Bukerin iki qalibi oldu

2019-cu il "Buker" Ədəbiyyat mükafatı açıqlandı.

 

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, bu il iki qalib oldu: Marqaret Etvud və Bernardin Evaristo.

 

Mükafatın ən böyük favoriti Marqaret Etvud hesab olunurdu. "The Testaments" romanı müəllifin məşhur "The Handmaid’s Tale" əsərinin davamı idi və yazar bu əsərlə müsabiqədə iştirak edirdi.

 

Etvud 2000-ci ildə yazdığı “Kor Suiqəsdçi” (“The Blind Assassin”) adlı əsəri ilə “Man Booker” ədəbi mükafatına layiq görülüb. Eyni zamanda Nobel mükafatına da namizəd olan Etvud Elis Munronun ən ciddi rəqibi sayılırdı. Digər qalib Bernardin Evaristonun mükafata təqdim etdiyi əsər isə "Qız, qadın, başqaları" adlanır.

 

Roman 19-93 yaş aralığında olan 12 zəncinin həyatından bəhs edir. Xatırladaq ki, siyahıda Salman Rüşdi, Elif Şafak kimi yazarlar da vardı

 

LENT

18 Noyabr 2019
17 Noyabr 2019
16 Noyabr 2019
15 Noyabr 2019
14 Noyabr 2019