Yenə payız səhəri – Yeni şeir

Kulis.az Mətləb Ağanın yeni şeirini təqdim edir.  

Yenə payız səhəri,
açılar sillə kimi.
Yenə xatırlayarsan,
və nələri, və kimi...

Yenə köhnə yuxular
bitməyən, uzun-uzun...
Eşidərsən səsini,
o sarı avtobusun...

Bir də aparmaz səni,
bir də gətirməz səni.
Min yol fikrindən keçər,
bir dəfə görməz səni...

Daha bütün fəsillər
payıza bənzər indi.
Nə olsun dörd fəsil var,
payızdır hər yer indi...

...sonra dodaqlarının
qəfil əriyər buzu:
"Harda görə bilərəm
o sarı avtobusu?..

 

LENT

14 Noyabr 2019
13 Noyabr 2019
12 Noyabr 2019