Almadovar absurd komediya çəkəcək

İspan kino rejissoru Almadovar yaradıcılıq planlarını açıqlayıb. 

 

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, buna səbəb onun son avtobipoqrafik “Ağrı və şöhrət” filminin çoxları tərəfindən son film kimi qəbul olunması olub. 

 

Almadovar bu fikrə qarşı çıxaraq öz planlarından danışıb: “Bilirəm o filmdə elə intonasiya var ki, sanki qu quşunun son nəğməsidir, sanki hamıyla vidalaşıram. Amma bu belə deyil. əlbəttə heç kim bilmir, sabah nə olacaq. Amma mən kino çəkməyə davam etmək istəyirəm”

 

Almadovar bir amerikalı yazıçının 5 qısa hekayəsi əsasında ingilis dilində film çəkməyi planlaşdırır. Filmin ssenarisi demək olar ki hazırdır. Bundan başqa rejissor tammetraja başlamazdan qabaq iki qısametrajlı film çəkmək niyyətindədir. Bu filmlərdən biri absurd komediya janrında olacaq.

 

“Bu filmlər son filmdən fərqlənəcək, məncə mən yeni, daha cəsarətli mərhələyə başlayıram” – deyə rejissor şərh verib.

LENT

19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019