Nəsimini edam etmək üçün axtaracaqlar

Rejissior Mehriban Ələkbərzadə yeni tamaşa hazırlayır.

 

Bu barədə Kulis.aza rejissor özü məlumat verib.

 

O, bildirib ki, böyük şair İmadəddin Nəsiminin həyatından bəhs edən tamaşa prezident İlham Əliyevin “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamına əsasən hazırlanır. Şərti adı “Mənəm mən” adlanan tamaşa yazıçı İlqar Fəhminin pyesi əsasında hazırlanır. Pyes detektiv-didaktik janrdadır. Əsərdə Şeyx Əzim Əllamə Şəmsəddin Bağdadinin fitvasına əsasən həqiqi Nəsiminin tapılaraq meydanda edam olunmasından və Seyid Əlinin Nəsimiləri axtarışından bəhs edir. Tamaşa “Yuğ” teatrının tamaşası olmaqla yanaşı, həm də “Türk Mədəniyyət və İrsi Fondu” ilə birgə hazırlanır. 

 

Tamaşada Xalq artisti Məmməd Səfa Qasımov, əməkdar artist Qasım Nağıyev, aktyorlardan Amid Qasımov, Əbdül Əliyev, Vüqar Hacıyev, Elgün Həmidov, Elşən Əsgərov, Ziya Ağayev iştirak edirlər. Tamaşanın quruluşçu rəssamı Vüsal Rəhim, bəstəkarı Aygün Səmədzadədir.
 

Rejissor bildirib ki, hal-hazırda stol arxası məşqləri gedən tamaşanı hürufilik nədir, Nəsimi kimdir, “Ənəlhəqq” anlayışının hansı anlam daşıması və digər əzəli- əbədi suallar ətrafında növbəti yaradıcı axtarış da hesab etmək olar.

 

Tamaşanın premyerası noyabrın əvvəlində olacaq.

 

LENT

14 Noyabr 2019
13 Noyabr 2019
12 Noyabr 2019