Tiflis “Dünyanın kitab paytaxtı” elan olundu

 

Tiflis “Dünyanın kitab paytaxtı” elan olunub.

 

Kulis.az gürcü mətbuatına istinadən verdiyi xəbərə görə, UNESCO-nun baş direktoru Audrey Azoulay Tiflisi 2021-ci il üçün "Dünyanın kitab paytaxtı" adlandırıb.

 

Qərar, 2019-cu ilin iyununda İsveçrədə keçirilən Dünya Kitab Paytaxtı Məşvərət Komitəsinin tövsiyələri əsasında qəbul edilib.

 

Dünya Kitab Paytaxtı Namizədliyi üzrə Məsləhət Komitəsi Beynəlxalq Naşirlər Birliyi (IPA), Beynəlxalq Kitabxana Assosiasiyaları Federasiyası (İFLA) və UNESCO-nun nümayəndələrindən ibarətdir.

 

UNESKO-nun Dünya Kitab Paytaxtı olaraq təyin olunan şəhərlər il boyu kitabların təbliği və tematik tədbirlərin keçirilməsini öhdələrinə götürürlər: uşaqlar üçün kitab festivalı, kitabları oyuna çevirmək üçün müasir rəqəmsal layihə və s.

 

Proqrama görə, müasir texnologiyalar vasitəsi ilə gənclər arasında mütaliəni artırmaq əsas prinsiplərdən biridir. Bundan başqa seçilən şəhərin əsas məqsədi mütaliəni populyarlaşdırmaq və bütün sosial səviyyələrdə kitab əldə etmək imkanlarını artırmaqdır.

 

Xatırladaq ki, ötən illərdə Madrid, Bangkok, Afina, Buenos Ayres kimi şəhərlər “Dünyanın kitab paytaxtı” adına layiq görülüblər.

 

 

LENT

19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019