İntim görüntüləri yayılan şagirdin müəlliməsi

Sənubər İsgəndərli müəllimə roluna çəkiləcək.

 

Bu barədə kulis.aza aktrisa özü məlumat verib.

 

O, bildirib ki, Kamran Ağabalayevin ekranlaşdırdığı “Ağacdələn” filmi son dövrlərdə baş verən sosial hadisələri əks etdirəcək, onlara müəyyən mənada güzgü tutacaq.

 

Oktyabrın 2-də təqdimatı keçirilən filmdə aktrisa intim görüntüləri yayımlanan şagirdin müəlliməsi rolunu canlandırıb.

 

Aktrisa bildirib: “Adından göründüyü kimi filmin süjet və ideyası cəmiyyətdəki qüsurları göstərməyə, onların aradan qaldırılmasına xidmət edir. Ümumiyyətlə, sənətin qayəsi, məqsədi bundan ibarətdir. Mən bu cür filmlərə çəkilməyə həmişə iki əlli razıyam.”   

 

Bundan başqa aktrisa oktyabrın 3-də “Azdrama”da premyerası keçirilən “Dəli yığıncağı” tamaşasında Doktor Lalbyuz rolunu ifa edib.

 

LENT

19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019