Qadınlar sevmək üçündür, başa düşmək üçün yox - Sevgi haqqinda qəribə aforizmlər

Kulis.az məşhurların sevgi haqda sitatlarını təqdim edir.

 

Sevgi əbədidir, sevgililər müvəqqətti. - Paulo Koelyo

 

Kişilər kibrit çöpü kimidir, sevəndə başlarını itirirlər. - Anonim

 

 

Sevgini dostluqla ləkələməyin. Bitmiş bitmişdir. - Erix Mariya Remark

 

Sevmək bir adamı tanrının yaratdığı kimi görməkdir. – F.M.Dostoyevskiy

 

 

Səni sevmək ağır işdir, 24 saat, altı-bazar yox... Belə istismar olmaz. - Anonim

 

Dostum deyir, gözəl qadınları görəndə evli olduğum yadıma düşür. Məndə əksindədir: yadımdan çıxır! – Anonim

 

 

Qadınlar sevmək üçündür, Başa düşmək üçün yox. - O Uayld

 

Əsl Sevgi, məlum məsələdir, amansız olacaq. – O. Balzak

 

Sənə bir etiraf edim, əvvəl elə bilirdim sevmək hisslərin coşqunluğundandır, indi başa düşmüşəm ki, ağlın azlığındandır.- Anonim

 

 

20 yaşım olanda ancaq sevgi haqqında düşünürdüm, indi sadəcə düşünməyi sevirəm. - Fain Ranevskaya

 

Sevgi yeganə hədiyyədir ki, kiməsə verirsən, yenə özündə qalır. - Lev Tolstoy

 

Hörmət sözünü sevginin olmadığı boşluğu doldurmaq üçün uydurublar. - L. Tolstoy

 

 

Sevgi ürəkdə baş verən diş ağrısıdı – Henrix Heyne

 

Sevir, çünki sevir, sevmir, çünki sevmir – hisslərin və ehtirasların məntiqi sadədir. - A.Hersen

 

Qadınlar kişisiz cəmiyyətdə solğunlaşır, kişilər qadınsız cəmiyyətdə axmaqlaşır – A.P.Çexov

 

 

Sevgi də qanun kimidir, keçmişə şamil olunmur - Şərif Ağayar

 

Sevgi zibilə düşməkdir. - Seymur Baycan

 

Sən adına sevgi deyərsən, adamlar bir-birinə yoluxar sadəcə... - Şəhriyar Del Gerani

 

LENT

05 Fevral 2020
04 Fevral 2020
03 Fevral 2020
01 Fevral 2020
31 Yanvar 2020