Gənc şair beynəlxalq konfransda çıxış edəcək

Şair-tədqiqatçı Ramil Əhməd İstanbul Universiteti Ədəbiyyat Fakültəsi tərəfindən təşkil olunan II Beynəlxalq Sosial Elmlər Konfransında Bakının neft şəhərinə dönüşümü və bu dönüşümün şeirə yansıması” mövzusunda çıxış edəcək.

 

Kulis.azın verdiyi xəbərə görə, konfransda dünyanın müxtəlif ölkələrindən yazarlar və ədəbiyyatşünaslar iştirak edir. Bu il artıq ikinci dəfə keçirilən konfransın əsas mövzusu "Şəhərin dili” adlanır. Fransanın Limoges Universiteti və Türkiyə Dil və Ədəbiyyat Dərnəyi konfransın əsas dəstəkçiləridir.

 

Ramil Əhməd Bakının XIX  əsrin ortalarından etibarən sürətli dəyişməsinin iqtisadi, sosial, tarixi tərəflərindən və bu dəyişikliklərin ədəbiyyata yansımasından danışacaq. Yazar Mayakovski, Nazim Hikmət, Rəsul Rza, Mikayıl Müşfiq və Süleyman Rüstəm örnəyində şeirdə yaradılan Bakı imajı, neft sənayəsinin şeirə gətirdiyi mövzu və üslublara işıq tutacaq.

 

LENT

19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019