Məni öz qatilliyimə sevindirən Elina

O gecəni necə keçirdin, Elina?!.

 

İki qız balamı (yalnız sənin müsibətindən sonra anladım ki, o nakam övladlar qız doğulasıymış) doğulmamış öldürəndən sonra mənim gecələrimin göyündən sapsarı limonlar sallanırdı – ucundan qan daman limonlar, Elina...

 

Məktəbə gedən qırmızı bantlı qızlar görəndə döşlərimə süd gəlirdı, o qızlara yerikləyirdim, Elina...

 

Səndən sonra qızdan küsdüm, Elina. Nə yaxşı qızım olmadı, nə yaxşı qızım olmadın, Elina...

 

Hələ məsumluğunu itirməmiş yanbızlarına çirkli şapalaqlar dəydiyi günlərin gecələrini necə yatdın, Elina?!.

 

Mən göylərdən nicat umurdum, sənin başının üstündə bir qarış göy tapılmadımı, Elina?!.

 

Sənin son gedişini görəndən sonra öz qatilliyimə çox sevindim...

 

Səni o pəncərədən atan ölsün, Elina. Anan ölsün, atan ölsün, Elinaaaa...

 

LENT

16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019