Öz ölüm xəbərini televiziyadan eşidən 10 uşaq atası: “Ulduz”un Qədiri

Bu gün mərhum aktyor Bahadur Əliyevin anım günüdür. Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.

 

Geniş tamaşaçı kütləsi onu “Ulduz” filmində yaratdığı kolxoz sədri Qədir obrazı ilə tanıyır. Obraz o qədər gözəl ifa olunub ki, bütün hərəkətləri və sözləri dillər əzbəridir.

 

***

 

Rol aldığı film və tamaşalar tamaşaçıda həmişə təbəssüm yaradırdı. Həyatda da mehriban, səmimi, əliaçıq, həyat eşqli insan idi.

 

***

 

Bir müddət dublyaj sexinin direktor müavini işləyib. Sovet və hind filmlərinin səsləndirilməsində əvəzsiz əməyi olub. Bahadur müəllimi “dublyajın vuran ürəyi” adlandırırdılar.

 

Image result for bahadur əliyev

 

***

 

Ədəbiyyatı çox sevirdi. Poeziyaya xüsusi sevgisi vardı. Hətta şeirlər də yazmışdı.

 

***

 

SSRİ və Hindistanın birgə çəkdiyi məşhur “Əlibaba və 40 quldur” filmdə rol almışdı.

 

***

 

Sonuncu çəkildiyi kadr kütləvi səhnələrdə yer aldığı “Bəyin oğurlanması” filmidir. Filmin sonuna yaxın kolxoz sədri Hidayət müəllimlə (Səməndər Rzayev) birgə rəqs edir. Lakin rəsmi geyimdə - kostyum və qalstukda olan Bahadur Əliyevin filmdə kimliyi bilinmir.  

 

 

***

 

“Bəyin oğurlanmsı” 1985-ci ildə çəkilib. Bahadur müəllim bu filmdən 17 il sonra – 2002-ci ildə dünyasını dəyişib. Və bu 17 ildə ciddi böhranlarla üzləşən kinoda heç bir rol ala bilməyib. Bu fakt onun səhhətinə ciddi təsir edirdi.

 

***   

 

Ailəsi də böyük idi. Onun 10 uşağı vardı.

 

***

 

Təkliyi heç vaxt sevmirdi. Hara getsə, dəvət alsa dostlarını da yanında aparırdı. Tənhalıqdan çox qorxurdu. Buna görə də daim insanların içində olurdu.

 

Image result for bahadur əliyev

 

***

 

Bir dəfə televiziyada onun öldüyü haqqında xəbər oxunur. Bahadur Əliyev özü bu xəbəri eşidir və çox sarsılır.

 

***

 

Aktyorun ölümü də kədərli olub. 2002-ci ilin bu günü Sumqayıtda yolda gedərkən qəfil infarkt keçirərək dünyasını dəyişir.

 

LENT

16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019