Uşaqları qorxutmaq üçün pullu xidmət göstərən kloun - Fotolar

Oktyabr ayında Amerikada prokata çıxacaq “Qırışlı kloun” sənədli filmi artıq indidən tamaşaçıların həyəcanına səbəb olub. İnsanların həyəcanına səbəb isə belə bir klounun həqiqətən də var olmasındadır.

 

“Qırışlı kloun” ləqəbi ilə məşhurluq qazanan bu qorxunc varlıq gecələr ən sözə baxmaz uşaqların çarpayılarının altında gizlənər, onlar yatmayanda gizləndiyi yerdən çıxıb azyaşlıları hıçqırana qədər ağladıb sonra da gecənin qaranlığında yoxa çıxarmış. Əlbəttə, “Qırışlı kloun” bunu öz qəlbinin çağırışı ilə etmirdi. Buna görə ona xeyli miqdarda pul da ödəyirdilər. Pul ödəyənlər isə təbii ki, sözə baxmayan, yatmaq istəməyən uşaqların doğma valideynləri idilər. Bəzi valideynlər hesab edirdilər ki, tərbiyənin belə metodları tamamilə mümkündür. Və bu səbəbdən də "Qırışlı kloun”u lazım olanda çağırırdılar.

 

 

Qorxunc kloun daim müxtəlif maskalar altında gizləndiyi üçün onun kimliyi məlum deyildir. Florida ştatının Neypls şəhərində övladlarının öhdəsindən gələ bilməyən valideynlərə pullu xidmətlər təklif edən kloun haqqında xəbərlər 2014-cü ildən yayılmağa başladı. Yüz, iki yüz dollar məbləğində valideynlərə xidmət göstərən klounu üzərində ağ noxudu naxışları olan qırmızı kostyumda görüblər. Uşaqların kabusu simasındakı qorxulu maskalarla qəfildən pəncərələrin arxasından və yaxud da qaranlıqda bərq vuran avtomobil faralarının işığında peyda olurdu. Tarix gizlətsə də klounun gecə təşriflərindən sonra bir çox uşaqların danışıqlarında qüsurlar əmələ gəlməyə başladı. Gecələr klounun həngamələrini görən uşaqlar ertəsi gün pəltəkləməyə başlayırdı.

 

 

Maraqlıdır ki, “Qırışlı kloun” özünü büsbütün gizlətmirdi. O, “Washington Post” qəzetinə müsahibələr verirdi. Qırışlı müsahibələrində əsl kimliyini, adını açıqlamasa da 65 yaşında olduğunu, işlədiyi yerdən təqaüdə çıxdığını, həyat yoldaşından ayrıldığını qeyd edib. Sadə təqaüdçü həyatından iyrəndiyini deyən qırışlı günün birində kloun kostyumu sifariş edərək klounluq edəcəyi haqda elanlar yaymağa başlayıb. Klounun olduğu ərazilərdə polisə bir neçə şikayət olsa da, onun əməlləri haqqında əsaslı heç bir dəlil-sübut olmadığına görə artıq tarixə qarışan fenomen kloun haqqında heç bir cinayət işi açılmayıb.

 

LENT

20 Sentyabr 2019
19 Sentyabr 2019
18 Sentyabr 2019