Filmimiz beynəlxalq festivalda uğur qazanıb

Azərbaycan istehsalı olan “Nobel qardaşlarının ilk uğuru” sənədli filmi Dominikan Respublikasında keçirilən Internacional De Cortometrajes Libelula Dorada Festivalında “Sənədli film” kateqoriyasında xarici dil üzrə “Şərəf” adına layiq görülüb.

 

Bu barədə filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.

 

Sənədli filmin redaktoru Əkbər Qoşalı, qrafika ustası Xaqani Məmmədovdur. Mətni Eldost Bayram oxuyub. /azertag.az/

 

LENT

05 Fevral 2020
04 Fevral 2020
03 Fevral 2020
01 Fevral 2020
31 Yanvar 2020