Mixalkovdan qalmaqallı açıqlama "Oskarı geylərə verirlər."

Rus kinorejissoru Nikita Mixalkov “Oskar” kino mükafatını tənqid edib.

 

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, rejisor “Oskar”ı son zamanlar siyasiləşdityinə görə pisləyib.

 

“Son illər bu mükafatın kino sənətinə çox az aidiyyatı var. “Oskar”a təqdim olunma filmin bədii keyfiyyətlərinə görə deyil, amma mövcud siyasi situasiya uyğun seçilir”. –deyə, o, söyləyib.

 

Onun fikrincə, indi “Oskar” almaq üçün “Primitiv tolerantlıq, eynicinslilərin məhəbbəti lazımdır”: “Ümumiyyətlə, dünya kinofestivalları beynəlxalq konyukturadan həddən artıq asılıdır”.

 

Xatırladaq ki, Mixalkov 1995-ci ildə “Günəşlə sovrulanlar” fiilminə görə, “Ən yaxşı xarici film” nominasiyasında “Oskar” mükafatına laureat olub. 2008-ci ildə o, “12” filminə görə bu kateqoriyada mükafata nominant olmuşdu.

 

LENT

20 Sentyabr 2019
19 Sentyabr 2019
18 Sentyabr 2019