Aytmatovun “Manqurt”u tələbə rejissorun təqdimatında oynanılacaq

Sentyabrın 28-də Akademik Milli Dram Teatrında Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanan “Manqurt” tamaşası təqdim olunacaq.

 

Kulis.az xəbər verir ki, səhnə əsərinin bədii rəhbəri Anar Babalı, rejissoru Mədəniyyət və İncəsənət Universitetinin diplomçusu İzamə Babayeva, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğludur.

 

Birhissəli epik rəvayətdə əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali Qurban və Fərid Vəliyev iştirak edəcəklər.

 

LENT

20 Sentyabr 2019
19 Sentyabr 2019
18 Sentyabr 2019