Venetsiya Kinofestivalının mükafatlandırma mərasimi keçirilib.

Sentyabrın 7-də  Beynəlxalq Venetsiya Kinofestivalının mükafatlandırma mərasimi keçirilib.

 

Kulis.az- ın festivalın rəsmi saytına istinadən verdiyi xəbərə görə, festivalın baş mükafatı olan "Qızıl şir"i Tod Filipsin  "Coker" filmi qazanıb.

 

Festivalın Qran Prisi rejissor Roman Polanskiyə "Zabit və casus" filminə görə  təqdim olunub.

 

"Ən yaxşı rejissor işi" nominasiyasında "Sonsuzluq haqda" filminə görə İsveç rejissoru Roy Anderson "Gümüş şir"lə mükafatlabdırılıb.

 

İtaliyalı aktyor Luka Marinelli Cek Londonun eyniadlı əsəri əsasında çəkilmiş "Martin İden" filmindəki roluna görə "Ən yaxşı aktyor" nominaaiyasında qalib olub.

 

Fransız aktrisası Arian Askarid analoji nominasiyada "Allah adına dua" filminə görə seçilib.

 

Xatırladaq ki 76-cı Venesiya Kinofestivalı avqustun 28-də açılmışdı və əsas müsabiqə proqramında 20 film yarışırdı.

 

 

LENT

05 Fevral 2020
04 Fevral 2020
03 Fevral 2020
01 Fevral 2020
31 Yanvar 2020