Başımı döyməyə divar gəzirəm... – Sonuncu Orxandan Yeni Şeirlər

Kulis.az Sonuncu Orxanın yeni şeirlərini təqdim edir.

 

***

 

qadın naləsi:

- kremsiz qalan əllərim, oyy...

 

***

 

qalxdığın ucalıqdan

yıxılacağın günü gözləyirəm.

sənə aşağıdan yuxarı baxmaq

yorub məni.

 

***

 

yağış yaman bərkidi -

səni arzuladığımın fərqində buludlar.

 

***

 

məni məndən almayan

qanımı qaraldan

səssiz baxışlarının

çığırtısını eşidirəm.

...və başımı döyməyə divar gəzirəm.

 

***

 

mənə çatdın
məni ötdün
mən öldüm...

 

***

 

Ürəyim qırılıb ayağımın altına düşər
Bir mağmın baxışdan,

bir ümidli yalvarışdan...

 

***

 

uşaq əllərimdən buraxdım

səni.

yaxşı elədim.

 

***

 

çəkilib köşəsinə

siqaret də barmaqlarının arasında

donqabel, yazıq və tənha adamlar.

xilas da olmaq istəmirlər

pis kərtənkələlər...

 

LENT

20 Sentyabr 2019
19 Sentyabr 2019
18 Sentyabr 2019