Eşqimiz bir itkin gəmiyə bənzər

Kulis.az 10-cu sinif şagirdi Mətin  Qarayevin şeirlərini təqdim edir.  

 

Eşqim

 

Eşqimiz bir solğun çiçəyə bənzər,                

Budağı tikanlı, ləçəyi nəmli,                

İnanmam, bu gülü kimlərsə dərə,                

Dərsə də dərənin ürəyi qəmli. 

                

Eşqimiz bir tənha ceyrana bənzər,                

Ovçudan gizlənir, aslandan qaçır,                

Meşədə tək gözəl olmaq çətindir,                

Meşənin gözəli yuvadan qaçır.  

              

Eşqimiz bir itkin gəmiyə bənzər,                

Dalğalar gəmiylə vuruşub durur,                

Gəmi dərd içində, gəmi ağlayır,                

Gəminin gözünü balıqlar yuyur.                

 

Eşqimiz bir sonsuz gülşənə bənzər,                

Təkcə gülü var, təkcə bülbülü,                

Təkliyin içində yaşasalar da                

Bülbül gülü sevir, gül də bülbülü.                

 

Eşqimiz bir qərib adaya bənzər,                

Ada okeanda sudan boğulur,                

Adanın tək dostu bu okeandı,                

Hər gecə adada sular doğulur.                

 

Eşqimiz bir tozlu kitaba bənzər,                

Kitab barmaqların həsrətin çəkir,                

Sarı vərəqlərdə qara hərflər                

Bəyaz barmaqların şəklini çəkir.                

 

Eşqimiz bir böyük günaha bənzər,                 

Artıq bu günahdan boğuluram mən,                 

Səni sevməyim də günah imişsə                

Dünyada ən böyük günahkaram mən.         

 

***

 

Dərd apardım, sər apardım

Nə gətirdim bu dünyada?!

Neçə sifət, neçə sima

Nələr gördüm bu dünyada?!

 

Doğru yerin tapammadı

Yalan məndən qaçammadı

Dünya məni açammadı

Elə sirdim bu dünyada.

 

Bu kainatın yaşını

Keçmişini, yaddaşını

Həyat adlı bu maşını

Necə sürdüm bu dünyada?!

 

Yoxda idim, vara çatdım

Birə aldım, minə satdım

Heç bilmədim nə qazandım

Nə itirdim bu dünyada.

 

LENT

20 Sentyabr 2019
19 Sentyabr 2019
18 Sentyabr 2019