Kleopatranın iki min illik sirri açılıb

Havay Universitetinin alimləri qədim Misir ətirlərini yenidən yaratmağa nail olublar.

 

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu ətirlər 2 min il əvvəl Kleopatranın zamanında istifadə olunub.

 

Belə ki, alimlər qədim Tmuit şəhərinin qazıntıları zamanı əttar dükanının xarabalığını aşkar ediblər. Oradakı qablarda qalmış kimyəvi tərkibdən qədim ətirlərin nədən alındığını öyrənmək və onlara uyğun qoxu almaq mümkün olub. Ətirlərin alınmasında darçın, kardamon və zeytundan istifadə olunduğu məlum olub. Bunların sayəsində ətir qalıcı və sərt qoxulu olub.

LENT

13 Dekabr 2019
12 Dekabr 2019
11 Dekabr 2019