Efiopiyada Puşkinə heykəl qoyulur

Efiopiyanın paytaxtı Əddis Əbəbədə məşhur rus şairi Aleksandr Puşkinə heykəl ucaldılacaq.

 

Kulis.az-ın verdiyi xəbərə görə, hazırda hündürlüyü 5,5 metr olacaq heykə\l üçün uyğun məkan seçilir.

 

Layihənin müəllifi heykəltaraş Aleksey Çabenenkonun söylədiyinə görə, heykəlin postamentində Puşkinin Efioppiyadan olan ulu babası Abraam Hannibal da təsvir olunacaq.

 

Xatırladaq ki, Əddis Əbəbədə Puşkinin bir heykəli və onun adına meydan var. Abraam Hannibal Puşkinin ana tərəfdən ulu babasıdır. O, I Pyotrun xidmətçisi və tərbiyəçisi lmaqla həm də hərbi mühəndis və general olub.

 

LENT

17 Avqust 2019
16 Avqust 2019
15 Avqust 2019
14 Avqust 2019