“Çölçü” filmindən növbəti uğur

 

Beynəlxalq kino ekspertlərindən ibarət münsiflər heyəti tərəfindən “Çölçü” filmi “White Unıcorn Internatıonal” film müsabiqəsində “Ən yaxşı bədii film” mükafatına layiq görülüb.

 

Bu barədə filmin rejissoru Şamil Əliyev məlumat verib.

 

Mükafatın təqdimetmə mərasimi avqustun 11-də Hindistanın Kolkata şəhərində baş tutacaq.

 

Qeyd edək ki, “Çölçü” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər./azertag.az/

 

 

LENT

17 Avqust 2019
16 Avqust 2019
15 Avqust 2019
14 Avqust 2019