“Peyğəmbərə dua etməyi günah sayıram”


Kulis.az Tanrı və din haqqında sitatları təqdim edir.

 

Tanrı üçün qırıq qəlbi bərpa etmək asandır. İnsan onu bütün hissələri ilə Tanrıya  verərsə, bu mümkündür. - Oskar Uayld

 

Elm stəkanından içilən ilk qurtum insanı ateist edir, lakin stəkanın dibində onu Allah gözləyir. - Verner Heyzenberq

 

Digər sübutları kənara qoysaq beş barmaq belə mənim Tanrının varlığına inanmağım üçün yetərlidir. - İsaak Nyuton

 

 

Yaratdıqlarını cəzalandıran və mükafatlandıran, ya da bizim yaşayacağımız bir iradə növünə sahib bir tanrı düşünə bilmirəm. Cismani ölümdən sonra adamın həyatını davam etdirdiyinə nə inanıram, nə də inanacağam... - Albert Eynşteyn

 

Mən Allaha inanıram. Onu hər şeyin başlanğıcı, Ruh və Sevgi kimi qavrayıram. Mən ondayam, o da məndə. Hamının Tanrı kimi qəbul elədiyi İsaya dua etməsini ən böyük günah sayıram. - Lev Tolstoy

 

Tanrı həqiqəti görər, lakin gözləyər. - Aleksandr Puşkin

 

Allah olmasaydı belə, onu uydurmaq lazım gələrdi. - Volter

 

 

Volterin sözünü tərsinə çevirib demək istəyirəm ki, Tanrı həqiqətən varsa, onu yox etmək lazımdır. - Bakunin

 

Allah insanı cəzalandırmaq istəyəndə, əvvəl ağlını alır. - Yunan atalar sözü

 

Allahın gülü tikanlı yaratdığına heyrət etməkdənsə, tikanlar arasında gül yaratdığına heyrət edin.  - Ərəb atalar sözü

 

Allah özünə kömək edənlərə kömək edər. - Benjamin Fraklin

 

 

Əgər Tanrı varsa, yaxşı bəhanəsi olmalıdır. - Vudi Allen

 

Allahın dini yoxdur. - Qandi

 

Öləndə Tanrıyla qarşılaşsam, “hə bax indi sənə inandım” deyərəm. O da “xoş gəldin” deyər. Əgər dünyanı yaradacaq qədər böyükdürsə, mənə də xoş münasibət göstərəcək. - Fransua Mitteran

 

Tanrı başqa cür olmağımı istəsəydi, məni başqa cür yaradardı. - Höte

 

LENT

17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019